Tövratda Hz.Mehdi (əs)a İşarə Edən Sözlər


Soyunu göydəki ulduzlar qədər çoxaldacağam. Bu ölkələrin hamısını onlara verəcəyəm. YER ÜZÜNDƏKİ BÜTÜN ÖLKƏLƏR SƏNİN SOYUN VASİTƏSİLƏ BƏRƏKƏTLƏNƏCƏK. (Yaradılış, 26:4)

Yer üzünün tozu qədər saysız-hesabsız soya malik olacaqsan. ŞƏRQƏ, QƏRBƏ, ŞİMALA, CƏNUBA DOĞRU YAYILACAQSINIZ. YER ÜZÜNDƏKİ BÜTÜN XALQLAR SƏN VƏ SOYUN VASİTƏSİLƏ BƏRƏKƏTLƏNƏCƏK. (Yaradılış, 28:14)

Səni (Hz. İbrahimi (ə.s.)) həddindən artıq mübarək edəcəyəm; sənin zürriyyətini göylərin ulduzları kimi, dəniz kənarında olan qum kimi həddindən artıq çoxaldacağam. SƏNİN ZÜRRİYYƏTİN DÜŞMƏNLƏRİNİN QAPISINA HAKİM OLACAQ VƏ ZÜRRİYYƏTİN VASİTƏSİLƏ YER ÜZÜNDƏKİ BÜTÜN MİLLƏTLƏR BƏRƏKƏTLƏNƏCƏKLƏR. Çünki sözümü dinlədin. (Yaradılış, 22:17-18)

O (HZ. MEHDİ (Ə.S.)) BÜTÜN DÜNYANI ALLAHA BİRLİKDƏ QULLUQ ETMƏLƏRİ ÜÇÜN İSLAH EDƏCƏK, çünki belə yazılmışdır: “O vaxt birlikdə Mənə yalvarmaları, çiyin-çiyinə Mənə xidmət etmələri üçün xalqların dodaqlarını pak edəcəyəm.” (Sefenya, 3:9) (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

Ona (Hz. Mehdiyə (ə.s.)) hökmranlıq, ucalıq və krallıq verildi. BÜTÜN XALQLAR, ÖLKƏLƏR VƏ HƏR DİLDƏN OLAN İNSAN ONA XİDMƏT ETDİ... (Daniel, 7:14)

... SƏNİ (HZ. MEHDİNİ (Ə.S.)) ... ÖLKƏLƏRƏ İŞIQ EDƏCƏYƏM. Belə ki, kor gözləri açasan, zindandakı dustaqları, həbsxana qaranlığında yaşayanları azad edəsən. (Yeşaya, 42:6-7)

... XALQLARA BAYRAQ OLACAQ, ÖLKƏLƏR ONA (HZ. MEHDİYƏ (Ə.S.)) YÖNƏLƏCƏK... (Yeşaya, 11:10)

BÜTÜN MİLLƏTLƏR ONU (HZ. MEHDİNİ (Ə.S.)) DİNLƏMƏYƏ GƏLƏCƏK... (Maimonides, Mişna Tora, Tövbə 9:2)

... SAHİL XALQLARI ONUN (HZ. MEHDİNİN (Ə.S.)) QANUNUNA ÜMİD BAĞLAYACAQ. (Yeşaya, 42:4)

ÖLKƏLƏR SƏNİN İŞIĞINA, KRALLARIN ÜZƏRİNƏ DOĞAN AYDINLIĞA GƏLƏCƏK. “Başını qaldır, ətrafına bir bax, hamısı toplanaraq sənin yanına gəlir...” (Yeşaya, 60:3-4)

Sahibi (Şilo) (Hz. Mehdi (ə.s.)) gələnə qədər... (sonra) ÖLKƏLƏR ONUN SÖZÜNÜ DİNLƏYƏCƏK. (Yaradılış, 49:10)

... SAHİL XALQLARI ONUN (MEHDİNİN) QANUNUNA ÜMİD BAĞLAYACAQ. (Tövrat: Yeşaya, 42:4)

Onun (Hz. Mehdinin (ə.s.)) həddindən artıq düzgünlüyü və vəsilə olacağı möcüzələr (heyrətamiz gözəl hadisələr) səbəbilə İNSANLAR ONUNLA SÜLH BAĞLAYACAQ VƏ BÜTÜN ÖLKƏLƏR ONA XİDMƏT EDƏCƏK. (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)
Gələcəkdə Kral Məsih (Hz. Mehdi (ə.s.)) çıxacaq və DAVUD KRALLIĞINI KEÇMİŞDƏKİ HAKİMİYYƏTİNƏ YENİDƏN QOVUŞDURACAQ. (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

(HZ. MEHDİ (Ə.S.)) HÖKMRANLIQ ETSİN DƏNİZDƏN DƏNİZƏ, FƏRATDAN YER ÜZÜNÜN UCQARLARINA QƏDƏR! (Məzmurlar, 72:8)

O (Hz. Mehdi (ə.s.)) BÜTÜN DÜNYANI Allaha qulluq etmələri üçün kamilləşdirəcək. (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

O dövrdə (Hz. Mehdinin (ə.s.) dövründə) ... BÜTÜN DÜNYANIN YEGANƏ MƏŞĞULİYYƏTİ ALLAHI TANIMAQ OLACAQ... (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)

O dövrdə (Hz. Mehdinin (ə.s.) dövründə) ... insanlar ən yüksək səviyyədə Yaradanlarını dərk edəcəklər... Çünki belə yazılmışdır: “ÇÜNKİ SULAR DƏNİZİ NECƏ DOLDURURSA, DÜNYA DA RƏBBİN UCALIĞI HAQQINDA MƏLUMATI İLƏ DOLACAQ...” (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)

O vaxt Rəbbin Ucalığı görünəcək, BÜTÜN İNSANLAR BİRLİKDƏ ONU GÖRƏCƏK... (Yeşaya, 40:5)

MUSƏVİ MƏNBƏLƏRDƏ HZ. MEHDİNİN (Ə.S.) ÇIXIŞ ƏLAMƏTLƏRİ

Ateizmin yayılması:
(Mehdinin) gələcəyi nəsildə... bütün dövlətlər Minim dinini (ateizmi) qəbul edəcək və verilən öyüdlərdən üz çevirəcək... (Talmud, Sanhedrin 11:97a)

Dindarların xor görülməsi:
Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gəldiyi nəsildə... Allahdan qorxan insanlar xor görüləcək. (Talmud, Sanhedrin 97a)

Din əxlaqından uzaqlaşılması:
(Mehdinin) gələcəyi nəsildə... Haqqdan uzaqlaşcaqlar... (Talmud, Sanhedrin 97a)

Hökumətlərin din əxlaqından uzaqlaşması:
Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə... dövlət başçıları dalalətə düşəcək (dini inanclara qarşı çıxacaq) və onları qınayan kimsə olmayacaq... (Talmud, Sota 49b)

Qadın rəhbərlərin artması:
Uşaqlar onları əzir, qadınlar onu idarə edir... (Yeşaya, 3:12)

Yoxsulluğun artması:
Davud oğlu (Hz. Mehdi (ə.s.))... ciblərdə son qəpik qurtarana qədər gəlməyəcək... (Talmud, Sanhedrin 97a)

Haqsız qazancın artması:
Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi nəsildə... soyğunçular və soyğunçuların soyğunçuları olacaq... (Talmud, Kethuboth 112b)

Aclıq və qıtlıq olması:
Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi yeddi illik müddətin sonunda... aclıq oxları göndəriləcək... böyük qıtlıq olacaq və bundan kişilər, qadınlar, uşaqlar, dindar və müqəddəs adamlar öləcək... (Talmud, Sanhedrin 97a)

Torpaqların bərəkətinin azalması:
Tarlalar xarab oldu, torpaq yararsızdır. Çünki taxıl məhv oldu... Arpa, buğda üçün fəryad edin... çünki tarlaların məhsulu məhv oldu. Üzümlüklər qurudu, əncir ağacları soldu, nar, xurma, alma- bütün meyvə ağacları qurudu... (Yoel, 1:10-12)

Sıxıntı və çətinlik dövrünün olması:
... ən igid əsgər belə acı fəryad edəcək... Əzab və sıxıntı, bəla və fəlakət, zülmət gün olacaq, buludlu,qaranlıq gün. (Sefanya, 1:14-15)

Bəlaların ard-arda gəlməsi:
Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gəldiyi nəsildə... daima yeni bəlalar gələcək və şeytani qərarlar qüvvəyə minəcək, hər yeni pislik digəri bitmədən sürətlə gələcək... (Talmud, Sanhedrin 97a)
Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi nəsildə... imtahan ardınca imtahan olacaq... (Talmud, Kethuboth 112b)

Ümidsizliyin hakim olması:
Yenidən xilas olacaqlarına dair ümidlərini itirmədikcə (Hz. Mehdi (ə.s.)) gəlməyəcək... (Talmud, Sanhedrin 97a)

Fahişəliyin yayılması:
Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi nəsildə alimlərin toplanma məclisləri qeyri-qanuni evlərə çevriləcək... (Talmud, Sanhedrin 97a)

İnsanlarda utanma hissinin azalması:
Məsihin (Hz. Mehdinin (ə.s.)) gələcəyi nəsildə... atası məzəmmət etdikdə oğlu utanmayacaq... (Talmud, Sanhedrin 97a)
Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə... oğul atasına söyəcək... oğul atasının qarşısında utanmayacaq... (Talmud, Sota 49b)

Əxlaqsızlığın artması:
Ravvin İohan dedi: “Davud oğu (Hz. Mehdi (ə.s.)) ancaq hamısı pis yolda olan nəsil gəldikdə çıxacaq.” (Talmud, Sanhedrin 98a)

Yalan və saxtakarlıqların artması:
... Yalanın arxasınca gedirlər... (Yeremya, 23:14)
İnsan insana, qonşu qonşuya haqsızlıq edəcək... (Yeşaya, 3:5)

Üsyankarların artması:
Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə... oğul atasına söyəcək, qız anasına, gəlin qaynanasına qarşı çıxacaq... (Talmud, Sota 49b)

Ailə əlaqələrinin zəifləməsi:
Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə... bir adamın ailəsi özünə düşmən olacaq... (Talmud, Sota 49b)

Münafiqlərin artması:
Davud oğlu (Hz. Mehdi (ə.s.)) (iman gətirənlərə) xəyanət edənlər artana qədər gəlməyəcək... (Talmud, Sanhedrin 97a)

Elm adamlarının sayının azalması:
Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gəldiyi nəsildə alimlər sayca az olacaq... (Talmud, Sanhedrin 97a)

Müharibələrin artması:
Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi yeddi illik müddətin sonunda... yeddinci ildə müharibələr (olacaq), yeddi illik müddət bitdikdə Davud oğlu (Hz. Mehdi (ə.s.)) gələcək... (Talmud, Sanhedrin, 97a)
... Göylərdə və yerdə əlamətlər göstərəcəyəm, qan, atəş və tüstü. (Yoel, 2:30)

Orta Şərqdə qan tökülməsi:
... Məsih (Hz. Mehdi (ə.s.)) nə vaxt gələcək?.. Bizə bir əlamət de... Paneas* mağarasının suları qana dönəndə... (Talmud, Sanhedrin 98a)
* Paneas: İordaniya çayı yaxınlığında, Qüdsdən 200 km-lik məsafədə qədim şəhər adı.

Orta Şərqdə fəlakətin baş verməsi:
Məsihin (Hz. Mehdinin (ə.s.)) dövründən əvvəlki müddətdə... Cəlilədə fəlakət baş verəcək və Qavlan** bölgəsi dağılacaq... (Talmud, Sanhedrin 97a; Sota 49b)
* Cəlilə: İordaniya çayının qərbində, Fələstindəki Təbəriyyə gölünün şimalında yerləşən, dövrümüzdə İsrail ərazisindəki bölgə.
** Qavlan: Dövrümüzdəki Qolan təpələrinin bir qismini əhatə edən, şimal-qərbi İordaniya və cənub-qərbi Suriya arasındakı bölgə.

İnsanların bədbəxt olması:
... sevincdən əsər-əlamət qalmadı, dünyanın fərəhi yox oldu. (Yeşaya, 24:11)

Zəlzələlərin olması:
... dünyanın təməlləri sarsılacaq... sarsıldıqca sarsılacaq. Dünya silkələnəcək, daxma kimi yırğalanacaq... (Yeşaya, 24:18-20)

Bir yerdə sel, başqa yerdə quraqlıq olması:
Davud oğlunun (Hz. Mehdinin (ə.s.)) gələcəyi yeddi illik müddətin sonunda, birinci ildə bu əlamət baş verəcək: bir şəhərin üzərinə yağış yağdırarkən digərinin üzərinə yağış yağdırmayacağam... (Talmud, Sanhedrin 97a)

İraq torpaqlarındakı müharibəyə uzaq ölkələrdən gəlmələri:
... Yeşayanın Babillə* bağlı xəbəri... nəqliyyat vasitələrilə uzaq ölkədən, dünyanın  başqa tərəfindən bütün ölkəni yerlə bir etmək üçün gəlir. (Yeşaya, 13:1, 5)
* Babil: dövrümüzdə İraqın paytaxtı Bağdad yaxınlığında yerləşən qədim şəhər adı.

Yəcuc və Məcucun axırzamanda üzə çıxması (III Dünya Müharibələri)
(Dünyadakı zamanın) ... bir qismi Yəcuc və Məcuc ilə müharibə edərək (keçəcək) və yerdə qalan (dövr) Məsih (Hz. Mehdi (ə.s.)) dövrü olacaq. Uca və Müqəddəs olan (Allah) dünyasını yeddi min il sonra yeniləyəcək. (Talmud, Sanhedrin 97b)

Çox dövlətli cəmiyyət olmaları:
... bir çox ölkədən ibarət, hamısı ata minmiş böyük cəmiyyət... (Hezekiel, 38:15)