HİNDU MƏTNLƏRİNDƏ AXIRZAMANA VƏ HZ. MEHDİYƏ (Ə.S.) İŞARƏLƏR
“Kali-yuqa”: Əxlaqi pozğunluq, fəlakət dövrü (Axırzaman)
“Kali”: Bu pozğunluq dövrünün hakim lideri. Pislikləri, əziyyətləri, pozulmanı təmsil edən mənfi güc. (Dəccal)
“Kalki”: Pozğunluq dövrünə son vermək üçün gələcək şəxs. (Hz. Mehdi (ə.s.))
“Satya-yuqa”: doğruluq və mənəvi saflıq dövrü. (Qızıl Əsr)
Hinduların Vişnu məzhəbinin kitablarından
“Srimad Bhaqavatam”ın 12-ci bölməsi, əxlaqi pozğunluq dövründən bəhs edir:
DƏCCAL-KALİ
12.2.1: Kali (Dəccal) dövrünün güclü təsirinə görə din, doğruluq, təmizlik, xoşməram, şəfqət... gündən-günə azalacaq.
12.2.6: Mədəni doldurmaq həyatın məqsədi olacaq, arsızlar doğru qəbul ediləcəkdir.
12.2.9: İnsanlar aclıq və yüksək vergilərlə əziyyətə salınacaq... Quraqlıqlar olacaq, tamamilə məhv olacaqlar.
12.2.10: Xalqlara soyuq, külək, isti, yağış və qarla cəza veriləcək. Sonra müharibələr, aclıq, susuzluq, xəstəlik və həddindən artıq qorxu ilə daha çox əzaba düçar olacaqlar.
12.3.43: Ah Kral, Kali (Dəccal) dövründəki insanların ağlı ateizmlə azacaq...
12.2.3: Kişilər və qadınlar ancaq xarici cazibədarlıq məqsədilə birlikdə olacaqlar, iş yerlərində uğur saxtakarlığa əsaslanacaq...
12.3.25: Kali (Dəccal) dövründə insanlar acgöz, əxlaqsız, mərhəmətsiz olacaqlar və bir-birlərilə heç bir səbəb olmadan vuruşacaqlar. Maddi istəklərlə bədbəxt olub, həvəs göstərəcəklər, Kali-yuqa (Axırzaman) dövründə bəşəriyyətin, demək olar ki, hamısı barbardır.
12.3.30: Saxtakarlıq, yalançılıq, tənbəllik, laqeydlik, zülm, depressiya, ağlama, çaşqınlıq, qorxu və yoxluq yayıldıqda bu Kali (Dəccal) dövrü - cəhalətin yaşandığı dövrdür.
12.3.31: Kali (Dəccal) dövründəki pisliklər səbəbilə insanlar bəsirətsiz, bədbəxt, acgöz, şəhvət düşgünü olacaqlar və onlara yoxsulluq üz verəcək. Qadınlar iffətsiz olacaqlar, bir kişidən digərinə sərbəst şəkildə gəzəcəklər.
12.3.24: Kali (Dəccal) dövründə dini prinsiplərin ancaq dörddə biri qalacaq. Son qalanlar da daima getdikcə artan dinsizlik nəticəsində azalacaq və nəhayət tamamilə tərk ediləcəkdir.
AXIRZAMAN – KALİ-YUQA
12.2.6: Dini hökmlər ancaq etibar üçün yerinə yetiriləcək.
12.3.39-40: Əxlaqi pozğunluq dövründə insanlar hüzursuz yaşayacaqlar. Aclıq və vergilərdən zəifləyəcək, daimi qorxu və quraqlıq qorxusu ilə sıxıntıya düşəcəklər. Kifayət qədər geyimləri, qidaları və içkiləri olmayacaq... Kali-yuqada (Axırzamanda) insanlar kabus kimi, qaranlıq canlılar kimi görünəcəklər.
12.3.41: Kali-yuqa (Axırzaman) dövründə kişilər qəpik-quruş üçün bir-birlərinə nifrət edəcəklər. Bütün dostluq əlaqələrini kəsəcəklər, özlərini və ya yaxın qohumlarını öldürməyə hazır olacaqlar.
12.3.42: Kişilər yaşlı ana-atalarını, uşaqlarını və ya hörmətə layiq həyat yoldaşlarını qorumayacaqlar. Tamamilə alçaq vəziyyətdə sadəcə özlərinin mədələrini və şəhvətlərini düşünəcəklər.
12.2.2: Kali-yuqada (Axırzamanda) insanın sadəcə zəngin olması... üstünlük hesab ediləcək. Qanun və ədalət isə ancaq insanın gücünə görə tətbiq ediləcək.
12.2.4: Söz oyunları oynamaqda usta olanlar təhsilli alimlər kimi tanınacaq.
12.2.5: Bir nəfərin pulu olmasa, dəyərsiz hesab ediləcək, münafiqlik doğru qəbul ediləcək.
12.3.32: Şəhərlərdə oğrular hakim olacaq... (Müqəddəs mətnlər) ateistlərin şübhəli izahları ilə pozulacaq, siyasi liderlər vətəndaşları demək olar ki, məhv edəcəklər, “rahiblər” və insanlar mədələrinin və nəfslərinin düşgünü olacaqlar.
12.3.34: Qadınlar... utanma duyğularını tamamilə itirəcəklər. Həmişə mərhəmətsiz danışacaq, hər cür saxtakarlıq, yalan və arsızlıq nümayiş etdirəcəklər.
12.3.35: İş adamları alçaqcasına ticarət edəcək, pullarını saxtakarlıqla qazanacaqlar. Çətinlikdə olmasalar belə insanlar alçaq peşələri asanlıqla qəbul edəcəklər.
12.2.7: Yer üzü əxlaqsız əhali ilə dolacaq, sosial siniflər içində özünü ən güclü göstərən siyasətdə iqtidar olacaq.
HZ. MEHDİ (Ə.S.) DÖVRÜNÜN
XÜSUSİYYƏTLƏRİ
12.2.12-16: Kali (Dəccal) dövrünün son zamanlarında... dini prinsiplərə əməl edənlər zərər görəcəklər... insanların “dinləri” əsasən ateizm olacaq. Kralların çoxu oğurluq edəcək, insanlar oğurlayaraq yalan deyəcək, lazımsız zülm edərək yaşayacaq və sosial siniflər ən aşağı səviyyəyə düşəcək... Məscidlərin dünyəvi evlərdən fərqi qalmayacaq... Bitkilər və yaşıllıqlar azalacaq, bütün ağaclar alçaq olacaq. Buludlar şimşəklərlə yüklü olacaq, evlərdə dindarlıq qalmayacaq və bütün insanlar eşşəklərə bənzəyəcək. Bu dövrdə yer üzünə Allahın Uca Şəxsiyyəti (Hz. Mehdi (ə.s.)) gələcək. Saf mənəvi fəzilətlərlə hərəkət edəcək, əbədi dini xilas edəcək.
12.2.17: Allahın Uca Şəxsiyyəti (Hz. Mehdi (ə.s.)) bütün hərəkətli və hərəkətsiz canlıların mənəvi lideri... dini prinsipləri qorumaq və mübarək dindarları maddi işlərin təsirindən xilas etmək üçün doğulacaqdır.
12.2.19-20: Kalki (Hz. Mehdi (ə.s.)) yer üzünün hökmdarı... bənzərsiz ehtişamı ilə çox sürətli atını sürəcək...
12.2.21: Bütün saxtakar kralları təsirsiz hala saldıqdan sonra şəhərlərin və qəsəbələrin sakinlərinin... zehinləri mənəvi saflığa qovuşacaq.
12.2.23: Allahın Uca Şəxsiyyəti yer üzündə Kalki (Hz. Mehdi (ə.s.)) kimi dinin mühafizəçisi sifətilə gəldikdə Satya-yuqa (Qızıl Əsr) başlayacaq və millətlər xeyirli nəsillər yetişdirəcək.
12.3.45: Kali-yuqada (Axırzamanda) əşyalar, yerlər və hətta insan şəxsiyyətlərinin hamısı kirlənəcək. Allahın Uca Şəxsiyyəti (Hz. Mehdi (ə.s.)) bütün kiri Allahı zehnində bərqərar edənin həyatından silə biləcək.
12.3.50: Mənim sevimli Kralım, Allahın Uca Şəxsiyyəti (Hz. Mehdi (ə.s.)) nəzarətçidir... bütün varlıqların mühafizəçisidir.
HİNDU İNANCINDA MEHDİYYƏT
ANLAYIŞI
1- Ən qədim inanclardan biri Hinduların inancıdır. Hinduların fikirinə görə səmavi kitab kimi qəbul edilən Vedalarda belə yazılmışdır: “DÜNYANIN POZULMASINDAN SONRA AXIRZAMANDA BÜTÜN MƏXLUQLARIN RƏHBƏRİ OLACAQ MƏNSUR ((Nəsr-dən) kömək görmüş, müzəffər, zəfər tapmış, Cənab-i Haqq tərəfindən hər işində nüsrətə məzhər olunan) ADINI DAŞIYAN BİR PADŞAH ORTAYA ÇIXACAQ. O BÜTÜN CAHANI FƏTH EDİB ÖZ DİNİNƏ TABE EDƏCƏKDİR. O MÖMİN VƏ KAFİR OLAN HƏR KƏSİ TANIYACAQ VƏ ONUN ALLAHDAN İSTƏDİYİ HƏR ŞEY OLACAQDIR.” (Bişaratül-Əhdeyn, səh. 245)
“Dünyanın padşahlığı və dövləti, iki cahanın ağası böyük Kaşinin oğlu ilə sona çatacaq. O (HZ. MEHDİ (Ə.S.)) DÜNYANIN ŞƏRQ VƏ QƏRBİNDƏKİ BÜTÜN DAĞLARA HÖKM EDƏCƏK ŞƏXSDİR. O (Hz.Mehdi (ə.s.)) buludlara minəcək, mələklər onun əmrində olacaq, cinlər və insanlar ona xidmət edəcək. O (Hz. Mehdi (ə.s.)) ekvatorun altında olan Sudandan şimal qütbünün altında olan Sibirə qədər və okeanların digər sahilinə qədər hökmranlıq edəcək. ALLAHIN DİNİ BİR DİN OLACAQ. ALLAHIN DİNİ BƏRPA OLUNACAQ VƏ ONUN (HZ. MEHDİNİN (Ə.S.)) ADI “AYAQDA DURAN” (QAİM) OLACAQDIR.” (Bişaratül-Əhdeyn, səh. 242)
Hinduların Opanşad adlı kitabında belə yazılmışdır: “Vişnonun onuncu məzhəri Kalki (Hz. Mehdi (ə.s.)) SON ZAMANDA və ya dəmir əsrində AĞ ATA MİNƏRƏK əlində QUYRUQLU ULDUZ KİMİ parlaq və yalın qılınc olduğu halda zahir olacaq və PİSLƏRİ FİKRƏN TAMAMİLƏ MƏĞLUB EDƏCƏK, YARADILIŞI YENİDƏN BƏRPA EDƏCƏK VƏ YAXŞILIĞI YENİDƏN GƏTİRƏCƏKDİR.” (Opanşad kitabı, səh. 737)
Hinduların Bask kitabında isə belə yazılmışdır: “DÜNYA HƏYATI AXIRZAMANDA HAKİM OLACAQ ƏDALƏTLİ PADŞAHLA (HZ. MEHDİ (Ə.S.) İLƏ) SONA ÇATACAQ. O (HZ. MEHDİ (Ə.S.)) MƏLƏKLƏRİN VƏ İNSANLARIN RƏHBƏRİDİR. DOĞRULUQ VƏ HAQQ ONUNLA OLACAQ. O (HZ. MEHDİ (Ə.S.)) DƏNİZLƏRDƏ, YERDƏ VƏ DAĞLARDA GİZLİ OLAN HƏR ŞEYİ ƏLDƏ EDƏCƏK, GÖYLƏRDƏ VƏ YERDƏ OLAN HƏR ŞEYDƏN XƏBƏR VERƏCƏK VƏ ONDAN (HZ. MEHDİDƏN (Ə.S.)) BÖYÜK KİMSƏ DÜNYAYA GƏLMƏYƏCƏKDİR.” (Bişaratül-Əhdeyn, səh. 242)
ZƏRDÜŞTLÜKDƏ MEHDİLİK
İNANCI
- Qədim İranda yayılmış və Hind-Avropa mədəniyyətinə aid bütpərəst din kimi məlum olan zərdüştlüyün İslam dinindən əvvəl göndərilmiş, lakin zaman ərzində əslindən tamamilə təhrif edilmiş haqq din olduğu ehtimal olunur.
- 2600 il əvvəl mövcud olan və bu gün tamamilə təhrif edilmiş bu batil dini Allahın haqq din kimi Mesopotamiya ərazisində yaşayan xalqlara peyğəmbər vasitəsilə göndərdiyi nəzərdə tutulur (doğrusunu Allah bilir).
- Zərdüştlükdə Ağlın Ağası adlandırılan Allahdır.
- Allaha kömək edən mələklər var.
- Pisliyi isə əhrimən, yəni şeytan təmsil edir. Zərdüşt inanclarına görə qiyamət günü Allah və onun tərəfində olanlar qalib gələcəklər.
- Bundan əlavə, insanlara dünyada gözəl həyat yaşadacaq, zühur etdiyi vaxt dünyaya gözəllik, xeyir, rahatlıq v sülh gətirəcək xilaskardan, yəni Hz. Mehdidən (ə.s.) də bəhs edilir.
Zərdüştlük inancında SAUŞYANT (DÜNYANIN XİLASKARI) adlı biri zühur edəcək və əhriməni, yəni şeytanı məğlub edərək dünyanı şeytanın təsirindən xilas edəcəkdir. Bu inanca görə Sauşyant kimi tərif edilən şəxs Hz. Mehdidir (ə.s.) və axırzamanda dünyanı şeytandan və onun təsirindən, onun dinsiz fəlsəfi cərəyanlarından və ideologiyalarından təmizləyəcəkdir.
Zərdüştün tələbəsi Cəməsbin öz adı ilə məşhur olan kitabında belə yazılmışdır: “Ərəblər diyarından, Haşim nəslindən (Peyğəmbərimizin (s.a.v.) mənsub olduğu sülalədir) biri çıxacaq. O heybətli, ..., böyük başlıdır; cəddinin dinindədir; çox böyük ordu ilə İrana gedəcək, oraları bərpa edəcək və yer üzünə ədaləti yayacaqdır. Onun ədaləti sayəsində qurdla qoyun birlikdə su içəcəkdir.” (Cəməsbnamə)
“Cahanın günəşi və zamanın padşahı adlandırılan peyğəmbərin qızının soyundan olan bir şəxs o peyğəmbərin son varisi kimi Allahın hökmü ilə dünyanın mərkəzi olan Məkkədə padşah olacaq. Onun dövləti qiyamətə qədər davam edəcək. Onun hökmdarlığından sonra dünya həyatı sona çatacaq, göy üzü büküləcək, yer kürəsi suya qərq olacaq, dağlar məhv olacaq. O, Yəzdanın (Allahın) ... asi qulu olan böyük Hərməni (böyük şeytanı) tutub həbs edəcəkdir...” (Cəməsbnamə)
“Şuşyant (Hz. Mehdi (ə.s.)) dini dünyaya yayacaq, kasıblıq və yoxsulluğu aradan qaldıracaq, yaxşıları pislərin əlindən xilas edəcək, dünya insanlarına fikir, söz və fəaliyyət birliyini gətirəcəkdir.” (Cəməsbnamə, səh. 121)
“FƏRƏVHƏR ƏSTƏVTƏ SALAM GÖNDƏRİRİK, O ŞƏXS Kİ ONA SAUŞYANT (HZ. MEHDİ (Ə.S.)) VƏ ƏSTƏVT İRİTƏ (HZ. MEHDİ (Ə.S.)) DEYİRLƏR.” (Fərvərdin Yəşt, 128-129, abzas)
Zərdüştilərin kitabı olan Fərvərdin Yəştdə Hz. Mehdinin (ə.s.) gəlməsilə dünyada bütün canlı varlıqların rifah içində, rahat və xoşbəxt həyata qovuşacaqları ifadə edilmişdir.
“O BÜTÜN MADDİ VARLIQLARA FAYDA VERƏCƏYİ ÜÇÜN ONA SAUŞYANT DEYİRLƏR.”
“DÜNYADA ADI VƏ CANI OLAN HƏR ŞEY ONUN İŞIĞI İLƏ XOŞBƏXT HƏYATA QOVUŞACAĞI ÜÇÜN ONA ƏSTƏVT İRİTƏ DEYİRLƏR.” (Fərvərdin Yəşt, 128-129, abzas)
“... ƏSTƏVT İRİTƏ (HZ. MEHDİ (Ə.S.)) MƏZDA AHURANIN (ALLAHIN) ELÇİSİ KİMİ ZÜHUR ETDİKDƏ DOĞRU-DÜRÜSTLÜKLƏ DÜNYANI YALANDAN TƏMİZLƏYƏCƏKDİR... ƏSTƏVT İRİTƏNİN (HZ. MEHDİNİN (Ə.S.)) MÜZƏFFƏR KÖMƏKÇİLƏRİ DƏ ONUNLA ZÜHUR EDƏCƏKLƏR...”
(Zamyad Yəşt, 89-93 abzas)
“Bütün dərdlərin və əzabların çarəsi və əlacı onun (Hz. Mehdinin (ə.s.)) vəsiləsilədir. O (Hz. Mehdi (ə.s.)) əzabı, xəstəliyi, qocalığı, zülmü, dinsizliyi və bəlanı kökündən məhv edəcək, pis insanları fikrən məğlub edib onları iqtidardan salacaqdır.” (Şuşyant, səh. 104)