Hz. Mehdi (ə.s) ın fiziki xüsusiyyətləri


HZ. MEHDİ (əs)ın XARİCİ GÖRÜNÜŞÜ HAQQINDA  HEYRƏTAMİZ DETALLAR

Peyğəmbərimiz (səv)ın hədislərində, özündən sonrakı əsrlərdə reallaşacaq hadisələr, ya da insanlar  haqqında, Hz. Mehdi (əs) haqqında olduğu qədər çox və detallı məlumat verilməmişdir. Hədislərdə, Hz. Mehdi (əs) ilə birlikdə, Hz. İsa (əs)ın da axır zamanda yer üzünə ikinci dəfə gələcəyi və dəccalın da ortaya çıxacağı xəbər verilmişdir. Ancaq nə Hz. İsa (əs), nə də dəccal haqqında , Hz. Mehdi (əs) qədər heyrətamiz və detallı məlumatlar verilməmişdir.

Hədislərdə, Hz. Mehdi (əs)ın əxlaqı, həyatı və fəaliyyətləri qədər, fiziki xüsusiyyətləri haqqında da heyrətamiz detallı təriflər verilir. Bunların hamısı bütünlüklə qiymətləndirildiyində, bu xüsusiyyətlərin hər hansı bir insanda təvafüq olaraq bir yerə toplanmayacağı açıqca aydın olur.

Bu, eyni zamanda da Müsəlmanların Hz. Mehdi (əs)ı ən doğru şəkildə tanımalarının nə qədər əhəmiyyətli olduğunu göstərir. Zühuru olduqca yaxın bir zamanda reallaşacaq olan Hz. Mehdi (əs) ilə qarşılaşıldığında, inşaAllah bütün Müsəlmanlar, Peyğəmbərimiz (səv)ın hədislərində Hz. Mehdi (əs)ın fiziki xüsusiyyətləriylə əlaqədar olaraq verilən bütün heyrət verici detallı təriflərin doğruluğunu şəxsən görəcəklər.

Peyğəmbərimiz (səv)ın hədislərində, Hz. Mehdi (əs)ı tanıdan bu detallı işarələrin hər biri üçün, ayrı yer bildirilmiş, hər biri üçün ayrı təyin edici ifadələr istifadə edilmişdir. Bəzisi üçün xal, bəzisi üçün İZ, bəzisi üçün İŞARƏ deyilmiş, bəzisi üçün MÖHÜR, ya da NİŞAN, bəzisi üçün YARPAQ, bəzisi üçün İNCİ, ya da ULDUZ bənzətməsi edilmişdir. 

Bunlarla yanaşı, Hz. Mehdi (əs)ın dərisinin, saçının və saqqalının rəngi, əndamı, boyu, bədən quruluşunun bütün detalları, üzünün ümumi xəttləri, başının və alnının forması, burnunun, qaşlarının, dişlərinin xüsusiyyətləri kimi tanıdıcı xüsusiyyətləri də heyrət verici şəkildə çox detallı olaraq təsvir edilmişdir.

Məsələn, bir hədisdə Peyğəmbərimiz (səv), "Hz. Mehdi (əs)ın SAĞ ayağında QARA bir İZ olacağını" bildirmişdir, ancaq diqqət edilsə burada yalnız bir izdən bəhs edilməmiş, bu izin QARA olduğu, SAĞ AYAĞINDA olduğu kimi qəti detallar da verilmişdir. Aşağıda verilən hədislər araşdırıldığında Peyğəmbərimiz (səv)ın Hz. Mehdi (əs)ın fiziki görünüşüylə əlaqədar vermiş olduğu məlumatlar detallı olaraq görüləcək.


HZ. MEHDİ (əs) GÖZƏL VƏ NURLUDUR

O (Hz. Mehdi (əs)) gözəl cavandır, gözəl üzlüdür. ÜZÜNÜN NURU başına və saçlarının qarasına qədər yüksələr. (Mehdilik və İmamiye, s. 153; İkdüd Dürerdən)



Üzü parıldayan ULDUZ KİMİ NURLUDUR. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 33 /Kitab-ül Burhan Fi Alamatil-il Mehdiyy-il Axır Zaman, s. 22)



Peyğəmbərimiz (səv) "Mənim nəslimdən olan 40 yaşındakı Mehdidir. Üzü səmada PARILDAYAN ULDUZ KİMİDİR." şəklində buyurmuşdur. (Əli b. Sultan Məhəmməd əl-Kari əl-Hənəfi ""Risaletül Meşreb Elverdi fi Mezhebil Mehdi")



Hz. Mehdi (əs) mənim uşaqlarımdandır. Onun üzü, parlaq ulduz kimidir. (Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali b. Ebi Talib Ale't-Temam ve'l kamal")



GÖZƏL ÜZLÜDÜR. ÜZÜNÜN NURU ONA ƏZƏMƏT VERİR. . (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar")



O (Hz. Mehdi (əs)), orta boylu və GÖZƏL ÜZLÜ bir gəncdir... ÜZÜNÜN NURU, saçının, saqqalının və başının qaralığı üzərinə GÜN KİMİ PARLAYIR və ona ucalıq verir. (Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali b. Ebi Talib Ale't-Temam ve'l kamal")



Humran bin AYAN deyir ki, İmam Məhəmməd Baqir əleyhissalama: "… Sənin sahibin Hz. Mehdi (əs) geniş qarınlıdır, alnında iz vardır, ÜZÜ GÖZƏLDİR. (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı, s. 253)


HZ. MEHDİ (əs)ın ÜZÜ İNCİNİ XATIRLADACAQ VƏ PARLAQ TƏMİZ ÜZLÜ OLACAQ

HZ. MEHDİ (əs) MƏNİM NƏSLİMDƏN BİR ŞƏXSDİR. ÜZÜ İNCİ ULDUZU KİMİDİR. (Əbu Davud, Mehdi 1., Qiyamət Əlamətləri, İsmayıl mutlu sf. 155)




 HZ. MEHDİ (əs)ın BƏDƏNİ ƏRƏBİ, YƏNİ
ƏSMƏRLƏ QARIŞIQ AĞDIR

Ərəb irqinin dərisinin rəngi, Peyğəmbər (səv)ın olduğu kimi qırmızıyla (əsmərlə) qarışıq ağdır. Rəvayətlərdə, Hz. Mehdi (əs)ın dərisinin rənginin də belə olduğu bildirilir.

Hz. Mehdi (əs)ın rəngi Ərəbi… (İbn Həcər Əl Mekki; "əl-Kavlü'l Müxtəsər fi Alamatil Mehdiyy-il Muntazar", s. 15-75)



Hz. Mehdi (əs)ın rəngi Ərəbidir. (Məhəmməd B. Rəsul ali-Hüseyni Əl Berzenci, Qiyamət Əlamətləri, 163)

Ərəb irqinin dərisinin rəngi, qırmızıyla qarışıq ağdır.

Hz. Peyğəmbər (səv)ın dərisinin rəngi də qırmızıya çalan ağ rəng idi, lakin, bədəninin görünən qisimləri günəş, külək kimi faktorlarla əsmərə çalırdı. Rəvayətlərdən Hz. Mehdi (əs)ın dərisinin rənginin də Peyğəmbərimiz (səv)lə eyni rəngdə olacağı aydın olur.

Rəvayətlərdə Peyğəmbərimiz (səv)ın dərisinin rəngi belə bildirilir:
• Ənəs b. Malik (rə) izah edir: "Peyğəmbər (səv) orta boylu idi; uzun  deyildi, qısa da deyildi; xoş bir görünüşü vardı. Saçı isə nə buruq, nə də düz idi. Mübarək (İlahi xeyirin olduğu şey, bərəkətlənmiş, çoxalmış, xeyirli, uğurlu) üzünün rəngi isə nurani ağ idi." (Et-Tirmizi İmam Əbu İSA Məhəmməd, Şemaili Şərifə, 2-ci cild, Hilal Yayınları, Ankara, 1976, s. 7-8)

• Hz. Həsən (rə) nəql edir: "Rəsulullah (səv), yaradılışdan heybətli və möhtəşəm idi. Saçları buruq ilə düz arası idi; əgər özbaşına ikiyə ayrılmışlarsa onları başının iki yanına salar, deyilsə ayırmazdı. Uzatdıqları təqdirdə saçları qulaq yumşaqlarını keçərdi. Peyğəmbər Əfəndimiz (səv)ın rəngi, ezher'ul-levn (çox ağ və parlaq rəng) idi, yəni nurani ağ idi. Alnı açıq idi. Qaşları; aypara kimi, gur və bir-birinə yaxın idi. Boyu, saf mərmərdən meydana gələn heykəllərin boyu kimi gümüş aydınlığında idi. Bədəninin bütün üzvləri bir-biri ilə uyğun olub yaraşıqlı bir quruluşa sahib idi..." (et- Tirmizi İmam Əbu İSA Məhəmməd, Şemaili Şərifə, 1-ci cild, Hilal Yayınları, Ankara, 1976, s. 18-22-23)

• Ənəs b. Malik (rə) izah edir: "Rəsulullah (səv)in boyu; nə çox uzun, nə də çox qısa idi. Bədəni də nə duru ağ, nə də tünd əsmər idi. Saçları isə nə düz, nə də buruq idi. Qırx yaşına çatanda, Allah Təala ONU peyğəmbər olaraq göndərdi. Peyğəmbər olduqdan sonra, Məkkədə 10 il, Mədinədə də 10 il qaldı və 60 yaşında vəfat etdi. Bu fani həyatla vidalaşdığında, saçında və saqqalında 20 tel ağ saç yox idi." (Sünen-i Tirmizi Tercümesi, Çeviren: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, 4.cilt, s.201)

"Əfəndimiz (səv) ağla çəhrayı qarışıq rəngdə idi. Gözləri qara, kirpikləri sıx və uzun idi." (Hz. Əli (rə), g. Əhməd Ziyauddin, Ramuz Əl Hədis, 2-ci cild, Qönçə Nəşriyyat, İstanbul, 1997, s. 519/4)

• Ənəs b. Malik, Hz. Peyğəmbər (səv)ın rəngi haqqında belə dedi: Ağ idi, lakin ağı əsmərə çalırdı. (İbni Kəsr, Şemail'ür- Rəsul, s. 28)




HZ. MEHDİ (əs) BƏDƏNİ AÇIQ RƏNGLİ OLACAQ
VƏ PEYĞƏMBƏRİMİZ (SƏV)dakı İLƏ EYNİ
RƏNGDƏ İKİ XAL OLACAQ

Əbu Cəfər, İmam Məhəmməd Bəkir (əs), Əhli Beytin lideri, Möminlərin Əmiri (əs)ın minbərdən söylədiklərini nəql etmişdir, "AXIR ZAMANDA SOYUMDAN BİR ADAM (HZ. MEHDİ (əs)) ÇIXACAQ, AL RƏNGLƏ QARIŞIQ AÇIQ BƏDƏNLİ OLACAQ, ... PEYĞƏMBƏRİN RƏNGİNDƏ İKİ ƏT XALI OLACAQ. O (HZ. MEHDİ (əs)) YÜKSƏLƏCƏK." (İmam Hz. Mehdi (əs)ın Həyatı, Allame Bakır  Şərif əl- Qureyşi)

"Mehdi mənim nəvələrimdəndir. ... DƏRİSİ ƏRƏBlərə, BƏDƏNİ İSRAİLOĞULLARIna BƏNZƏR. ..." .
[əl-Bəyan fi Ahbari Sahibuz Zaman]


HZ. MEHDİ (əs)ın ÇİYNİNDƏ PEYĞƏMBƏRLİK
MÖHÜRÜ VARDIR

Hədisi şəriflərdən aydın olduğu kimi Hz. Mehdi (əs)ın iki çiyni arasında Hz. Məhəmməd (səv)də olduğu kimi açıq bir əlamət olan "peyğəmbərlik möhürü" olacaq.

Hz. Mehdi (əs)ın çiynində Peyğəmbər Əfəndimiz (səv)dəki peyğəmbərlik möhürü olacaq. (əl-Kavlu'l Muhtasarr Fi Alamatil Mehdiyy- il Muntazar, s. 41)



Çiynində Peyğəmbər (səv)ın əlaməti vardır. (Qiyamət Əlamətləri, Berzenci, s. 165/Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 23)



Çiynində Peyğəmbər (səv)ın nişanı vardır. (Qiyamət Əlamətləri, Berzenci, s. 163)

Peyğəmbərimiz (səv) Hz. Mehdi (əs)ın bədənində PEYĞƏMBƏRİMİZ (SƏV)a AİD BİR ƏLAMƏT olacağını bildirmişdir. Digər hədislərdə isə BU ƏLAMƏTİN PEYĞƏMBƏRİMİZ (SƏV)ın PEYĞƏMBƏRLİK MÖHÜRÜ OLDUĞU açıqlanmış və PEYĞƏMBƏRİN NİŞANINA bənzədilmişdir. Bu da Hz. Mehdi (əs)a bağlı çox əhəmiyyətli bir başqa heyrət verici detaldır.

Bilindiyi kimi MÖHÜRÜN XÜSUSİYYƏTİ TÜND RƏNG OLMASIDIR və SƏTHİ ÖRTƏN BİR QURULUŞDADIR.

Həmçinin Hz. Mehdi (əs)ın kürəyindəki bu xal  üçün də yenə qəti ölçü verilərək yeri tam olaraq ifadə edilmişdir. Rəvayətlərdə, hər peyğəmbərin sağ əli üzərində peyğəmbərlik möhürü olduğu bildirilmişdir. Peyğəmbərimiz Hz. Məhəmməd (səv)ın peyğəmbərlik möhürünün isə, şəmaili şərifində "sol kürəyində dəri üzərində, ürək xəttində" olduğu ifadə edilmişdir. Bu səbəbdən hədislərdə, 'Hz. Mehdi (əs)ın çiynində Peyğəmbər Əfəndimiz (səv)dəki peyğəmbərlik möhürünün olacağının bildirilməsi', Hz. Mehdi (əs)ın da "KÜRƏYİNDƏ; SOL KÜRƏK SÜMÜYÜ ÜZƏRİNDƏ, ÜRƏK XƏTTİNDƏ TÜND RƏNGDƏ GENİŞ BİR XAL OLACAĞINI" göstərməkdədir.

Resullah (səv)ın Peyğəmbərlik Möhürü

Cabir b. Semüre (rə) nəql edir:
Mən Rəsulullah (səv)ın kürək sümükləri arasında olan peyğəmbərlik möhürünü gördüm. (et-Tirmizi İmam Əbu İSA Məhəmməd, Şemaili Şərifə, 1-ci cild, Hilal yayınları, Ankara, 1976, s. 36)



Əbu Saib b. Yeziddən rəvayət edilmişdir: Gözüm Peyğəmbərimiz (səv)ın iki çiyini arasındakı möhürə ilişdi. (Süneni Tirmizi, 6/126)

Hz. Əlinin nəvələrindən İbrahim b. Məhəmməd (rə) nəql edir:
Babam Hz. Əli, Peyğəmbər Əfəndimiz (səv)ın xüsusiyyətlərini izah edərkən, Rəsulullahın xilyəsi (gözəl sifətlər, bəzək, zinət, cövhər, gözəl üz, surət, görünüş) haqqındakı hədisi bütünü ilə zikr edər və:

"Kürək sümükləri arasında peyğəmbərlik möhürü vardı. Və O, peyğəmbərlərin sonuncusudur" deyərdi. (et-Tirmizi İmam Əbu İSA Məhəmməd, Şemaili Şərifə, 1-ci cild, Hilal yayınları, Ankara, 1976, s. 38)



 
HZ. MEHDİ (əs) ORTA BOYLU OLACAQ


Hz. Mehdi (əs), orta boylu olacaq. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 41)

Əbu Abdullah Nuaym b. Hammadın, Əbu Cəfər b. Məhəmməd b. Əli El-Bakırdan rəvayətinə görə, Hz. Əlidən Hz. Mehdi (əs)ın xüsusiyyətlərindən soruşuldu, o da bu cavabı verdi: "O (Hz. Mehdi (əs)), orta boylu və gözəl üzlü bir gəncdir…" (Ukayli "en-Necmu's-sakıb fi Bəyanı Enne'l Mehdi min Övladı Əli b. Əbi Talib Alət-Temam vəl kamal")

Peyğəmbər Əfəndimiz (səv) də, hədislərdə Hz. Mehdi (əs) üçün bildirildiyi kimi, orta boyludur. Rəvayətlərdə bu şəkildə bildirilir:

Ənəs B. Malik rəvayətlərdə buyurdu ki: "Rəsulullah (səv) orta boylu idi." (Tirmizi, Şemaili Şərif, s. 15)


HZ. MEHDİ (əs) HEYBƏTLİ BİR ŞƏXS
OLACAQ

O (Hz. Mehdi (əs))… heybətli bir şəxsdir. (İkdüd dürer)

Hz. Mehdi (əs) sanki Bəni İsraildən bir adamdır. (Rəftarı onlara bənzər yəni heybətlidir.) (Kitab-ül Burhan Fi Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 23-30)


HZ. MEHDİ (əs)ın SAQQALI GUR VƏ SIX
OLACAQ

(Hz. Mehdi (əs)ın) Saqqalı gur və sıx olacaq. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)



(Hz. Mehdi (əs)ın) Saqqalı sıxdır. (Qiyamət Əlamətləri, Berzenci, s. 163)



... (Hz. Mehdi (əs)ın) Qara saçlıdır. Qara saqqallıdır. (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")



... (Hz. Mehdi (əs)ın) üzünün nuru, saçına, saqqalına və başına əks olunar və ona ucalıq verər. (Ukayli en-Necmu's-sakıb fi Bəyanı Enne'l Mehdi min Övladı Əli b. Əbi Talib Alət-Temam vəl kamal")



Hz. Mehdi (əs), gur saqqallı... (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")


HZ. MEHDİ (əs)ın SAQQALI ÜZÜNDƏ AZ,
ÇƏNƏDƏ UZUN OLACAQ

... (HZ MEHDİ (əs)) ORTA BOYLU, ƏSMƏR, MƏCZUM (AZ SAQQALLI), KƏVSƏC (SAQQALI YANLARDA AZ, AŞAĞI TƏRƏFİ UZUN OLAN); ... BİR ADAM Kİ, ONA ŞUAYB BİN SALEH DEYİLƏR. AĞ PALTARLI, QARA BAYRAQLI 4000 ADAMIN BAŞÇISIDIR...**. (Fetava-ı Hadisiyye, Əbul-Abbas Şehabeddin Əhməd İbn Həcər əl-Heytemi-41)

Peyğəmbərimiz (səv)ın Hz. Mehdi (əs) ilə əlaqədar verdiyi detallardan biri Hz. Mehdi (əs)ın saqqalı ilə əlaqədardır. Bir çox hədisdə Hz. Mehdi (əs)ın saqqallı olacağını xəbər verən Peyğəmbərimiz (səv) bu hədisində də bu saqqalın formasıyla əlaqədar detalları bildirmişdir. Hz. Mehdi (əs)ın saqqalının yanlardan az, aşağı qisminin isə uzun olacağını ifadə etmişdir.

Bu hədisdə Peyğəmbərimiz (səv), Hz. Mehdi (əs)a Şuayb bin Saleh deyə xitab etməkdədir. Hədisi şərh edən böyük İslam alimi Heytəmi, Hz. Mehdi (əs) üçün istifadə edilən Şuayb sözünün "şöbə" mənasında istifadə edildiyini ifadə etmiş, bu ifadə ilə Hz. Mehdi (əs)ın çox saydakı inkarçılara qarşı fikri mübarizə aparacaq qrupunun sayının son dərəcə az olduğunun ifadə edildiyini söyləmişdir. Yenə Bin Saleh ifadəsiylə də Hz. Mehdi (əs)ın atasının da saleh bir insan olduğuna diqqət çəkildiyini açıqlamışdır. Peyğəmbərimiz (səv)ın hədisdə ağ paltarlarına diqqət çəkdiyi Hz. Mehdi (əs) haqqında Heytəmi yenə səhih hədislərə əsaslanaraq əlavə bir məlumat daha təqdim etmiş və Hz. Mehdi (əs)ın bir adının da Harras, yəni Aslan olduğunu ifadə etmişdir.