HZ. MEHDİ MAL-MÜLK VƏ NEMƏTİ ƏDALƏTLƏ BÖLÜŞDÜRƏCƏK; YER ÜZÜ BOLLUQ VƏ BƏRƏKƏTLƏ DOLACAQ
Hz. Mehdi insanlara o qədər bol nemət paylayacaq və ehtiyaclar o tərzdə ödəniləcək ki, insanlar pulunu xərcləməyə belə yer tapmayacaq..
Hz. İmam Hüseyndən (ə.s) belə rəvayət olunmuşdur: "Bir-birinizin halını soruşub bir-birinizə lütf edin. And olsun toxumu yarıb yaşıllaşdıran və canlıları yaradan Allaha ki, ELƏ BİR ZAMAN GƏLƏCƏK Kİ, HEÇ KİM BİRCƏ DİNAR VƏ DİRHƏM XƏRCLƏMƏYƏ BELƏ YER TAPA BİLMƏYƏCƏK." (Yəni Hz. Mehdinin zühur etdiyi zaman Allah Təalanın və vəlisinin (Hz. Mehdinin) lütfü səbəbiylə heç kim pulunu xərcləməyə bir yer tapa bilməyəcək.)
Peyğəmbərimiz deyir ki: Əbu Səid söyləyir: ... HZ. MEHDİ, O QƏDƏR COMƏRD İNSAN OLACAQ Kİ, ONA MÜRACİƏT EDƏRƏK "MƏNƏ BUNU LÜTF ET, ONU LÜTF ET" DEYƏ YALVARACAQ OLANLARIN ƏTƏKLƏRİNİ, DAŞIYA BİLƏCƏKLƏRİ QƏDƏR PULLA DOLDURARAQ LÜTF EDƏCƏK.
(Tirmizi, İmam Suyuti, Qiyamət Əlamətləri, Ölüm və Diriliş, s. 1699, s. 171)
Ümmətimdən Hz. Mehdi çıxacaq. ALLAH TƏALA HƏZRƏTLƏRİ, İNSANLARI ZƏNGİN ETMƏK ÜÇÜN ONU (HZ. MEHDİni) GÖNDƏRƏCƏK. O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və Yerin nəbatatı çox olacaq, HZ. MEHDİ, İNSANLARA BƏRABƏR ŞƏKİLDƏ, BOL MAL, SƏRVƏT PAYLAYACAQ.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 23)
AXIR ZAMANDA ÜMMƏTİMDƏN BİR XƏLİFƏ (Müsəlmanların mənəvi lideri olacaq bir şəxs) ÇIXACAQ, MALI SAYIB HESABLAMADAN BOL-BOL İNSANLARA PAYLAYACAQ.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 23)
HZ. MEHDİnin ZAMANINDA ELƏ BİR ƏDALƏT HAKİM OLACAQ Kİ, ZORLA ALINAN HƏR MAL, SAHİBİNƏ GERİ QAYTARILDIĞI KİMİ, BİR İNSANIN BAŞQASINA AİD DİŞİNDƏ QALMIŞ BİR ŞEY BELƏ SAHİBİNƏ QAYTARILACAQ.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 54)
HZ,MEHDİ (Ə.S) İNSANLARA MALI VƏ MÜLKÜ PAYLAYARKƏN, HESABLAMADAN, BOL-BOL PAYLAYACAQ.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 21)
HZ. MEHDİ, ƏDALƏTLİ BİR HAKİM OLARAQ ÇIXACAQ... ƏŞYANI, MALI PAYLAYACAQ, LAKİN BOLLUQ OLDUĞU ÜÇÜN QƏBUL EDƏN BELƏ OLMAYACAQ.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 31)
MALI, BƏRABƏR ŞƏKİLDƏ İNSANLARA PAYLAYACAQ.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 20)
ÜMMƏTİM ARASINDA BİR XƏLİFƏ (Müsəlmanların mənəvi ideri olan Hz. Mehdi) OLACAQ, MALI SƏXAVƏTLƏ VƏ HESABLAMADAN PAYLAYACAQ.
(Kitab-ül Burhan fi Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 15)
ƏMİRLƏRİNİZDƏN BİR ƏMİR (HZ. MEHDİ) OLACAQ Kİ, MALI SƏXAVƏTLİ VƏ HESABLAMADAN PAYLAYACAQ. BİRİ ONDAN PUL İSTƏDİYİNDƏ O, "AL " DEYƏRƏK LÜTF EDƏR VƏ ONUN ƏTƏYİNİ PULLA DOLDURAR.
(Kitab-ül Burhan fi Əlamət-İl Mehdiyy-il Axır Zaman, s. 15)
HZ. MEHDİ GƏLDİYİ ZAMAN MALI ÇOX PAYLAYAR...
(Kitab-ül Burhan fi Əlamət-İl Mehdiyy-il Axır Zaman, s. 15)
Ümmətim arasında HZ. MEHDİ ÇIXACAQ, ALLAH ONU İNSANLARI ZƏNGİN ETMƏK ÜÇÜN GÖNDƏRƏCƏK. Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib içəcək, yer üzü bitkisini çıxaracaq, MAL "SAHAH" ÜZRƏ (SƏVİYYƏYƏ GÖRƏ) VERİLƏCƏK.
(Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 15)
O (HZ. MEHDİ), fitnələrin zühur etdiyi bir zamanda gələcək VƏ LÜTFKARLIĞI QARŞILIQSIZ OLACAQ.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 23)
MƏHƏMMƏD ÜMMƏTİNİN KÖNLÜ ZƏNGİNLİKLƏ DOLACAQ.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 20)
Onun dövründə ümmətin həm yaxşıları və həm də pisləri MİSLİ BƏRABƏRİ ƏSLA GÖRÜLMƏMİŞ ŞƏKİLDƏ NEMƏTLƏRƏ SAHİB OLACAQ. Çox yağış yağmasına baxmayaraq, bir damlası belə hədər getməyəcək, torpaq bircə ədəd belə toxum istəmədən məhsuldar və bərəkətli olacaq.
(əl-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 21)
…Abd-i Heyrdən: Əmirəl möminin Əli bin Əbi Talib əleyhissalamın belə buyurduğunu eşitdim: "Rəsulullah (sallallahu əleyhi və alih) mənə belə buyurdu: ... (HZ. MEHDİ) Yer üzü zülm və cəfa ilə dolanda çıxacaq və onu haqq-ədalətlə dolduracaq. TEZ-TEZ İNSANLARDAN ONUN (HZ. MEHDİnin) YANINA GƏLƏNLƏR OLACAQ VƏ ONUN YANINDA ÇOXLU MAL OLACAQ VƏ GƏLƏN DEYƏCƏK Kİ: EY HZ. MEHDİ! MƏNƏ BU MALDAN LÜTF ET. DEYƏCƏK Kİ: İSTƏDİYİN QƏDƏR NEMƏT LÜTF ETDİM."
(Şeyx Məhəmməd b.İbrahimi Numani, Geybətil Numani s. 97-98)
Hz. Mehdinin (ə.s.) zühur və qiyamında ...HAMI EHTİYACI OLAN ŞEYİ, HEÇ BİR MANEÇİLİK OLMADAN BAŞQA BİRİSİNİN CİBİNDƏN GÖTÜRƏ BİLƏCƏK.
(əl-İxtisas (Şeyx Müfid), s. 24)
Hz. Mehdinin (ə.s.) zamanında MÖMİNLƏR, BİR-BİRLƏRİNƏ MÜNASİBƏTDƏ MƏNFƏƏT GÜDMƏYƏCƏKLƏR.
(Vesail'üş Şiə, Ticarət babları)
HZ. MEHDİ (ə.s.), BAŞQALARININ İSTƏYİNİ YERİNƏ YETİRƏCƏK, ONLARA MAL-MÜLK BƏXŞ EDƏCƏK. Öz dövlətinin idarəçilərinə və məmurlarına çox sərt davranaraq dəqiq və məsuluiyyətli olacaq. GÜCSÜZLƏRƏ VƏ KASIBLARA ŞƏFQƏTLƏ VƏ MEHRİBAN DAVRANACAQ.
(əl-Mehdiyy-il Mev'ud..., c. 1, s. 276-277)
"HZ. MEHDİ (ə.s.) ÖZ DÖVLƏTİNİN İDARƏÇİLƏRİNƏ SƏRT DAVRANACAQ, MİSKİNLƏRƏ QARŞI ŞƏFQƏTLİ VƏ YOXSULLARA QARŞI ÇOX COMƏRD OLACAQ. Hz. Mehdinin (ə.s.) əlaməti budur."
(əl-Mehdiyy-il Mev'ud..., c. 1, s. 276-277)
HZ. MEHDİ (ə.s.), KASIBLARA QARŞI ELƏ DAVRANACAQ Kİ, öz əliylə onların ağzına yağ və bal qoyacaq.
(əl-Mehdiyy-il Mev'ud..., c. 1, s. 297)
HZ. MEHDİ (ə.s.), HƏR HAQQ SAHİBİNİN HAQQINI ÖZÜNƏ VERƏCƏK, hətta əgər birinin haqqı başqasının dişləri arasında belə olsa, haqsızlıq edən və qəsbkar (zorla alan) insanın dişləri arasından onu çıxaracaq və haqq sahibinə qaytaracaq.
(əl-Mehdiyy-il Mev'ud..., c. 1, s. 279-282-283)
YER ÜZÜNDƏ ONun (HZ. MEHDİnin) ƏDALƏT VƏ LÜTFKARLIQ BƏRƏKƏTİNDƏN FAYDALANMAYAN BİR YER QALMAYACAQ, hətta heyvanlar və bitkilər belə bu bərəkət, ədalət, düzgünlük və xeyirxahlıqdan faydalanacaq.
(Bihar'ül Ənvar, c. 10. Bu barədə çox və məşhur hədislər mövcuddur)
HZ. MEHDİnin (ə.s.) ZAMANINDA HƏR KƏS ZƏNGİN VƏ EHTİYACSIZ OLACAQ.
Bihar'ül Ənvar, c. 51, s. 146)
ALƏMİN BÜTÜN SƏRVƏTİ HZ. MEHDİnin (ə.s.) YANINDA TOPLANACAQ; (yerin altında və üstündə olan bütün zənginliklər) Daha sonra Hz. Mehdi (ə.s.), insanlara lütf edəcək və "Gəlin, alın bunları." deyəcək. Daha sonra ONLARI, O GÜNƏ QƏDƏR GÖRÜLMƏMİŞ BİR BƏXŞİŞLƏ HƏR KƏSƏ PAYLAYACAQ.
(İlel1'üş Şerayi (Şeyx Saduk) (Bihar'ül Ənvar, c. 51, s. 29)
HZ. MEHDİnin (ə.s.) ZAMANINDA TARLALAR ÇOX MƏHSUL VERƏCƏK, HAMI HZ. MEHDİnin (ə.s.) YANINA GƏLİB "MƏNƏ SƏRVƏT, MAL LÜTF ET" DEYƏCƏK. HZ. MEHDİ (ə.s.) DƏ DƏRHAL "LÜTF ETDİM" DEYƏ BUYURACAQ.
(Keşf'ül Gumme (İrbili). Kifayet'üt Talib (Kenci Şafii). Bihar'ül Ənvar, c. 51, s. 88)
HZ. MEHDİ (ə.s.), MALLARI HAMININ ARASINDA BƏRABƏR ŞƏKİLDƏ BÖLƏCƏK.
(Qərbin Günəşi, on üçüncü fəsil)
ONun (HZ. MEHDİnin) ZAMANINDA HƏR KƏS RİFAH, DİNCLİK VƏ TAYI-BƏRABƏRİ OLMAMIŞ BİR BOLLUĞA QOVUŞACAQ, HƏTTA HEYVANLAR BELƏ ÇOXALACAQ VƏ RAHAT OLACAQLAR. Yer üzündə bitkilər çoxalacaq. Çayların da suyu çoxalacaq. Yeraltı xəzinələr, sərvətlər və digər mədənlər çıxarılacaq.
(əl-Mehdiyy-il Məv'ud, c: 1, s: 264, 275, 277, 285, 287, 288, 311, 318, c. 2, s. 11)
Ondan (Hz. Mehdidən) yer və göy əhli razıdır. VƏ O (HZ. MEHDİ) MALI BÖLƏR... VƏ ÜMMƏTİ MƏHƏMMƏDin (SƏV) ÜRƏKLƏRİNİ ZƏNGİNLİKLƏ DOLDURAR VƏ ƏDALƏTİ ONLARI ƏHATƏ EDƏR (tam mənasıyla əhatə edər).
(Hz. Əbu Səid əl Hudri r.ə. / Ramuz əl-Ehadis cild 1, Səhifə 7, Nömrə: 7) (Kitab-ül Burhan fi Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 13)
Əbu Səidi Hudri də Peyğəmbərin (s.ə.v.) minbər üzərində belə buyurduğunu nəql edər: "Əhli Beytimdən olan vəd edilmiş HZ. MEHDİ (ə.s.) AXIR ZAMANDA ZÜHUR EDƏCƏK. GÖY ONA YAĞIŞINI YAĞDIRACAQ VƏ YER ONA BİTKİLƏRİNİ BİTİRƏCƏK. İnsanlar yer üzünü zülmlə doldurduqdan sonra, O yer üzünü ədalətlə dolduracaq."
(Bihar-ul Ənvar, c. 51, s. 74, İsbat-ul Hudat, c. 7, s. 9)
Kahili deyir ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: "ELƏ BİR ZAMAN GƏLƏCƏK Kİ, DİRHƏM VƏ DİNARINIZI QOYACAQ BİR YER TAPA BİLMƏYƏCƏKSİNİZ. -YƏNİ HZ. MEHDİ (Ə.S.)ın ZÜHURUNDAN SONRA ALLAHın VƏ HZ. MEHDİ (Ə.S.)ın FƏZLİ VƏ LÜTFÜ SAYƏSİNDƏ XALQ ELƏ QANİ (ZƏNGİN) OLACAQ Kİ, PULLARINI XƏRCLƏMƏYƏ YER BELƏ TAPA BİLMƏYƏCƏK."
(Şeyx Məhəmməd b. İbrahimi Numani, Geybətil Numani, s. 170) HZ. MEHDİ (Ə.S) HEYVANLARI ÇOX SEVƏCƏK VƏ ONLARIN HALINI ANLAYACAQ
O (HZ. MEHDİ (Ə.S.)), DOĞRULANMIŞ, QUŞLAR VƏ BÜTÜN HEYVANLARIN DİLLƏRİNİ BİLƏN BİRİDİR.
(Məhəmməd B. Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, s. 188)


