QUYRUQLU ULDUZUN DOĞMASI
O gəlmədən əvvəl, şərqdən işıq verən bir kometa görünəcək. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 53)
O ulduzun doğulması, Günəş və Ay tutulmasından sonra olacaq. (Kitab-ül Burhan Fi Əlaməti-il Mehdiyy-il Axır Zaman, s. 32)
... Nə zaman ki, Məliklər səyahət, zənginlər ticarət, kasıblar stirahət etmək, hafizlər nümayiş üçün həccə gedərlər; o zaman, quyruğu olan bir ulduz zühur edəcək. (Qiyamət Əlamətləri, s. 123)
Hədislərdə ifadə edildiyi kimi:
- 1986-cı ildə (Hicri 1406-da) yəni 14-ci əsr başlarında "Halley" kometası Dünyamızın yaxınından keçmişdir. Bu kometa parlaq işıqlı ulduzdur.
- Hərəkət istiqaməti şərqdən qərbə doğrudur.
- 1981 və 1982-ci (Hicri 1401-1402) illərdə meydana gələn Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.
Bu ulduzun doğuşunun da digər çıxış əlamətləri ilə eyni zamanda meydana gəlməsi, Halley kometasının hədisdə işarə edilən ulduz olduğunu doğrulayır.
Bu ulduz keçdiyində meydana gəldiyi rəvayət edilən bəzi əhəmiyyətli hadisələr də bunlardır:
* Hz. İsa doğulmuşdur.
* Peyğəmbər Əfəndimiz (səv)ə ilk vəhy gəlməyə başlamışdır.
* Osmanlı Dövləti tarix səhnəsində yer almağa başlamışdır.
* İstanbul Fateh Sultan Məmməd tərəfindən fəth edildiyində də bu ulduz görülmüşdür.
Axır zaman əlamətlərindən biri də İraq xalqının üç hissəyə ayrılmasıdır. Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu "soyğunçulara" qoşulacaq. Münaqişədən sonra nüfuz boşluğundan faydalanaraq, İraqda böyük qarət hadisələri yaşanmışdır. Həqiqətən də xalqın bir qismi, oğurluq, qəsb, qarət kimi "soyğunçuluq" olaraq xarakterizə edilən fəaliyyətlərə meyl etmişlər.
İordaniya Kralı Abdullah 1951-ci ildə Məscidi Əqsada ibadət edərkən sui-qəsdə uğramışdı.
Bu hadisə, həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, həm digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi və ayrıca hədisdəki bənzər xüsusiyyətləri səbəbiylə son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan, insanlıq tarixinin bu ən böyuk terror hadisələrindən biri, hədisdə xəbər verilən və Mehdinin çıxışının bir əlaməti olaraq bildirilən "tozlu dumanlı, qaranlıq fitnə" ola bilər.
BİR ORDUNUN İTMƏSİ
Mehdinin beş əlaməti vardır. Bunlar Süfyani, Yəməni, səmadan bir sayha (səslənmə, nərə), Beydədə bir ordunun batması və günahsız insanların öldürülməsidir. (Naim Bin Hammad)
...Özünə bir ordu göndəriləcək. Bunlar yerin bir səhrasında ikən yerə batırılacaqlar. (Müslimdən; Gələcəyin Tarixi 4, s. 31)
Bir ordu döyüş üçün gələr, səhraya daxil olarkən öndəkilər və sonundakıları batar, ortadakılar da xilas olmaz. (Hənbəl, Tirmizi, İbni Macə, Əbu Davuddan; Gələcəyin Tarixi 4, s. 30)
2003-cü ildə reallaşan İraq Müharibəsi əsnasında İraq ordusunun böyük bir qisminin haradasa birdən birə ortadan itməsi müharibənin diqqət çəkən hadisələrindən biri idi. Bir çox qəzet və televiziyada, Respublika Gözətçiləri olaraq tanınan təxminən 60.000 nəfərlik ordunun və Fədailər olaraq tanınan təxminən 15.000 İraqlı əsgərin itməsi xəbər olaraq yer aldı. Yuxarıdakı hədislərdə bu mövzuya diqqət çəkilməsi, Mehdinin gəliş əlamətlərindən biri olan "bir ordunun batması" hadisəsinin reallaşmış ola biləcəyini göstərməkdədir. ( doğrusunu Allah bilir) Necə ki, bir neçə gündən sonra döyüş təyyarələrinin bir qisminin səhrada quma batmış halda tapılması, hədisdə bəhs edilən səhrada bir ordunun batması hadisəsinin İraq ordusu ilə əlaqədar olma ehtimalını gücləndirməkdədir.
İRAQLILARIN PULU QALMAYACAQ
"İraqlıların əlində tərəzi və alış-veriş edə biləcəkləri pul demək olar ki, qalmayacaq." (Kenzul Ummal, Kitab-ul qiyamə qism-ul əfal, c. 5, s. 45)
Axır zaman və dolayısilə Mehdinin çıxış əlamətlərindən biri də İraqlıların pulunun dəyərinin itməsidir. Bu hədis iki ayrı vəziyyətə işarə edə bilər. Bunlardan birincisi, İran-İraq və Körfəz müharibəsindən sonra İraqda yaşanılan iqtisadi çöküntüdür. Müharibə səbəbindən böyük zərər görən İraq iqtisadiyyatı, döyüşdən sonra davam edən embarqolar səbəbiylə heç cür düzəlməmişdir. Xalqın alış gücü düşmüş, yoxluq və kasıblıq ən əhəmiyyətli problemlərdən biri halına gəlmişdir.
Hədisin işarə etdiyi bir başqa hal da, İraq müharibəsindən sonra İraq dinarının tədavüldən qaldırılmasıdır. Son müharibədən sonra İraq dinarının sürətlə dəyər itirməsi və tədavüldən qalxması ehtimalı, 2003-cü il tarixli qəzet xəbərlərində geniş şəkildə yer almışdır.
BAĞDADIN ALOVLARLA YOX EDİLMƏSİ
Axır zamanda Bağdad alovlarla yox edilər...
(Risalət-ül Huruc-ül Mehdi, cild 3, sf. 177)
2003-cü il İraq münaqişəsində, münaqişənin ilk günündən etibarən Bağdad, ən sıx bombardmana məruz qalan şəhərlərdən biri olmuşdur. Ağır bombardman, gecələri Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi alov alov yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərində yayımlanan görüntüləri, yuxarıdakı hədisdə diqqət çəkilən hadisə ilə tam olaraq üst-üstə düşür. Bu da axır zamanda olduğumuzu göstərən açıq əlamətlərdən biridir.
İRAQIN 3 HİSSƏYƏ BÖLÜNMƏSİ
İraq xalqı üç firqəyə ayrılar. Bir qismi soyğunçulara qoşular. Bir qismi ailələrini geridə buraxıb qaçar. Bir qismi döyüşər və öldürülər. Siz bunları gördüyünüz zaman qiyamətə hazırlanın. (Fera İdu Fevaidi'l Fikr Fil İmam əl-Mehdi əl-Muntazar)
Axır zaman əlamətlərindən biri də İraq xalqının üç hissəyə ayrılmasıdır. Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu "soyğunçulara" qoşulacaq. Münaqişədən sonra nüfuz boşluğundan faydalanaraq, İraqda böyük qarət hadisələri yaşanmışdır. Həqiqətən də xalqın bir qismi, oğurluq, qəsb, qarət kimi "soyğunçuluq" olaraq xarakterizə edilən fəaliyyətlərə meyl etmişlər.
Hədisdə xalqınbir qisminin isə, olduqları yerdən bir an əvvəl qaçmağa cəhd edəcəkləri, hətta geridə buraxdıqları ailələrini belə düşünməyəcək halda olacaqları xəbər verilmişdir. Qəzetlərdə buna aid yer alan xəbərlər diqqət çəkicidir.
Xalqın bir qisminin isə, münaqişədə iştirak edəcəyi və öldürüləcəyi bildirilməkdədir. İraq Münaqişəsi əsnasında da, insanların bir qismi müxtəlif bölgələrdə yaşanan qarşıdurmalara qatılmış və həyatlarını itirmişlər.
Həmçinin hədisin ilk hissəsində diqqət çəkilən, "İraqın üç hissəyə ayrılması" mövzusu fiziki mənada da reallaşmışdır. Körfəz müharibəsindən sonra, İraq coğrafi olaraq üç bölgəyə ayrılmışdır. 32 və 36-cı paralelin arası, 32-ci paralelin cənubu və 36-cı paralelin şimalı olaraq təyin olunan bu üç bölgənin yaradılması, hədisin işarə etdiyi inkişaflardan biri ola bilər.
İORDANİYA KRALI ABDULLAHIN ÖLDÜRÜLMƏSİ
Mehdinin çıxış əlamətlərindən biri də, Haşimilərdən hakim olan birinin öldürülməsidir. (Risalət-ül Huruc-ül Mehdi, s. 12)
Bilindiyi kimi İordaniya, Haşimi Krallığı olaraq xatırlanır. İordaniya, Osmanlıdan ayrıldıqdan sonra bir müddət İngiltərənin idarəsi altında idi. İngiltərə 1946-cı il London sözləşməsinin şərtlərinə görə İordaniyanın müstəqilliyini tanıdı. Və İordaniya əmirliyinin hakimi Abdullaha da İordaniya Kralı ünvanı verildi. Kral Abdullah, daha sonra, 1951-ci ildə İngilislər tərəfindən öldürdüldü. Hədisdə diqqət çəkilən hadisə də beləcə reallaşmış oldu.
İordaniya Kralı Abdullah 1951-ci ildə Məscidi Əqsada ibadət edərkən sui-qəsdə uğramışdı.
TOZLU DUMANLI FİTNƏ
Tozlu dumanlı, qaranlıq bir fitnə görüləcək, bunu digərləri izləyəcək... (Kitab-ül Burhan fi Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 26)
Bu hədisdə isə, Mehdinin çıxışından əvvəl, tozlu və dumanlı, qaranlıq bir fitnənin görüləcəyindən bəhs olunur. Fitnə, "insanın ağıl və ürəyini birbaşa haqq və həqiqətdən sapdıracaq bir şey, döyüş, azdırma, qarışıqlıq, ixtilaf, döyüş" kimi mənalar ifadə edən sözdür.* Hədisdə bu fitnənin ardından toz və duman görüləcəyi ifadə edilir. Həmçinin bu fitnənin"qaranlıq" olaraq xarakterizə edilməsini, haradan gəldiyi müəyyən olmayan, gözlənilməz bir hadisəyə işarə etdiyini də qəbul edə bilərik.
Belə baxıldığında sözü gedən hədisin, 11 Sentyabr 2001-ci il tarixində Amerika Birləşmiş Dövlətlərinin New York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi olaraq xarakterizə edilən hücuma işarə etməsi mümkündür. Televiziya ekranında və qəzetlərdə də şahid olunduğu kimi, bu iki böyük terror hadisəsinin ardından böyük bir toz buludu və duman ətrafı bürüyüb əhatə etmişdir.
New Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çırpılan təyyarələrin səbəb olduğu partlayışlar nəticəsində böyük bir duman meydana gəlmiş və bu duman bütün şəhərdən və hətta ətraf şəhərlərdən görülə biləcək qədər yüksəlmiş və yayılmışdır. Partlayışlar nəticəsində çökən binalar isə, daha böyük bir toz buludunun meydana gəlməsinə səbəb olmuş, hətta ətrafdakı insanların üzəri tamamilə bu tozla örtülmüşdür.
Bu hadisə, həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, həm digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi və ayrıca hədisdəki bənzər xüsusiyyətləri səbəbiylə son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan, insanlıq tarixinin bu ən böyuk terror hadisələrindən biri, hədisdə xəbər verilən və Mehdinin çıxışının bir əlaməti olaraq bildirilən "tozlu dumanlı, qaranlıq fitnə" ola bilər.RAMAZAN AYINDA AY VƏ GÜNƏŞ TUTULMALARI
Mehdi üçün 2 əlamət vardır ki. ..Bunun birincisi, Ramazanın birinci gecəsi Ayın ikincisi də ortasında Günəşin tutulmasıdır.
(əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)
Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaq. (Qiyamət Əlamətləri, s. 199)
Onun səltənəti zamanında, Ramazan Ayının on dördündə Günəş tutulacaq, o ayın ilkində isə Ay qaralacaq... (Məktubatı Rəbbani, 380. Məktub, 2/1163)
Mehdinin çıxmasından əvvəl bir Ramazan içində Günəş iki dəfə tutulacaq. (ölüm-qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 440)
... Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması... (Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 37)
Ramazanda iki dəfə Ay tutulması olacaq. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 53)
Mehdinin gəlişi Razaman ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq. (Qiyamət Əlamətləri, s. 200)
Yuxarıdakı rəvayətlərdə diqqəti çəkən ən əhəmiyyətli nöqtələr Ramazan Ayının ortasında həm Günəş tutulması, həm də bir ay içində Ayın və Günəşin iki dəfə tutulmasıdır.
Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqliliklər olduğu gözə dəyər. Yuxarıdakı 1, 2 və 3-cü rəvayətlərdə Ay, Ramazanın birinci günü, 4-cü rəvayətdə isə sonuncu günü tutulacaq. Bu halda ediləcək ən doğru şey, eyni hadisəyə aid fərqli rəvayətlərin ortaq cəhətlərini təsbit etmək olacaq. Buna görə, yuxarıdakı hədis rəvayətlərinin cəmindən alınan ortaq nəticələr bunlardır:
1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.
2. Bu tutulmalar ortalama 14-15 gün arayla olacaq.
3. Bu tutulmalar iki dəfə təkrarlanacaq.
Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (Hicri 1401-də) Ramazan Ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə "ikinci olaraq", 1982-ci ildə (Hicri 1402-də) Ramazan Ayının 14-cü günü Ay, 28-cü günü də Günəş tutulmuşdur.
Həmçinin bu hadisədə Ayın Ramazanın tam ortasında BÜTÖV AY halında tutulması və diqqətləri çəkəcək bir əlamət olaraq meydana çıxması da son dərəcə mənalıdır.
Bu hadisələrin Mehdinin digər çıxış əlamətləriylə eyni dövrdə meydana gəlməsi və Hicri 14-cü əsrin əvvələrində , ard-arda iki il (1401-1402) möcüzəvi şəkildə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyini qüvvətləndirir.
Üstəlik heyrət oyandıracaq şəkildə bənzər bir tutulma hadisəsi 2002 və 2003-cü illərdə də reallaşmışdır.
REALLAŞAN TUTULMA TARİXİ
Ay Tutulması 20 Noyabr 2002
1423 -də Ramazanın ortasında
15 gün sonra
Günəş Tutulması 4 dekabr 2002
1423-də Ramazanın sonunda
Ay Tutulması 9 Noyabr 2003
1424-də Ramazanın ortasında
15 gün sonra
Günəş Tutulması 23 Noyabr 2003
1424-də Ramazanın sonunda
PEYĞƏMBƏRİMİZİN (SAV) AXIRZAMANA
DAİR HADİSƏLƏRİ XƏBƏR VERDİYİ
BƏZİ HƏDİSLƏR
Kəbə basqını (Hicri 1400-cü ilin ilk günü – 1 Məhərrəm 1400) (1979)
Onun çıxacağı il insanlar həccə başlarında rəhbər olmadan gedəcəklər... Birlikdə Beyt-i Şərifi təvaf edəcəklər, sonra Mina dağına getdikdə it kimi bir-birinə hücum edəcəklər, hacılar soyulacaq, qanlar Əqəbə Cəmərəsinin üstünə axacaq. (Kıyamet Alametleri, səh. 168-169)
İnsanlar başlarında imam olmadan həccə gedəcəklər. Minaya getdikdə ətrafları itlərin mühasirəsi kimi əhatə olunaraq qəbilələrin bir-birinə hücumu ilə böyük müharibələr olacaq. Belə ki, ayaqlar qan gölü içində qalacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Kəbədə qan axıdılması (1987)
Rəsulullah buyurdu: Ramazanda bir səda, Şəvvalda bir səs, Zülqədə ayında qəbilələr arasında müharibə olacaq. Hacılar talan olunacaqlar. Minada ölülərin çox olacağı müharibə olacaq, belə ki, orada o qədər qan axacaq ki, daşlar qan gölü içində qalacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 31)
Zülqədə ayında qəbilələr müharibə edəcək, hacılar qaçırılacaq, qanlı hərblər olacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh 34)
Şərq tərəfdən gecəni işıqlandıran böyük alovun görünməsi (1979)
Hüseyn ibn Əlidən (ra) belə rəvayət edilmişdir: “GÖY ÜZÜNDƏ ŞƏRQ TƏRƏFDƏN GECƏNİ İŞIQLANDIRAN BÖYÜK ALOV GÖRDÜYÜNÜZ VAXT, MƏHZ O AN HZ. MEHDİNİN (Ə.S.) GƏLİŞ VAXTIDIR.” (Meriy b. Yusuf b. Ebi Bekir b. Ahmet b. Yusuf el-Makdisi “Feraidu Fevaidil Fikr Fil İmam El-Mehdi El-Muntazar”)
İran-İraq müharibəsi (1980)
Şəvval ayında hərc-mərclik, Zülqədədə hərbi danışıqlar, Zülhiccədə isə hərb (müharibə) olacaq. (Kıyamet Alametleri, səh. 166)
Fərat çayının suyunun kəsilməsi
Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini aşkar etməsi zamanı yaxınlaşır. O vaxt kim orda olsa, o xəzinədən heç nə götürməsin. (Riyazüs Salihin, 3/332)
Fərat çayı qızıl dağ üzərindən axmadıqca qiyamət qopmayacaq. İnsanlar onun üçün müharibə edəcək və hər yüz insandan doxsan doqquzu öldürüləcək, onlardan hər adam “kaş xilas olan mən olsaydım” deyəcəkdir – buyurmuşdur. (Sahih-i Müslim, 11/320)
İraqlıların pulu qalmayacaq
“İraq xalqına ölçünün (qidanın) və dirhəmin (pulun) qadağan edilməsi yaxınlaşır. Bir sahabə soruşur: “Ya Rəsulullah, bu necə olacaq?” Rəsulullah cavab verir: “Əcəmlər bunu edəcək. İraq əhlini bunlardan məhrum edəcəklər.” (Müslim, Fiten: 67)
“İraqlıların əlində ölçmək üçün tərəzi və alver etmək üçün pul, demək olar ki, qalmayacaq.” (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, cild 5, səh. 45)
Bağdadın alovlarla məhv edilməsi
Axırzamanda Bağdad alovlarla məhv ediləcək... (Risalet-ül Huruc-ül Mehdi, Cild 3, səh. 177)
Bir ordunun itməsi
Mehdinin beş əlaməti var: Süfyani, Yəməni, səmadan nərə, Bəydada bir ordunun batması və günahsız insanların öldürülməsidir. (Naim bin Hammad)
... Ona bir ordu göndəriləcək. Ordu bir səhrada batırılacaq. (Müslimden; Geleceğin Tarihi 4, səh. 31)
Müharibə üçün bir ordu gələck, səhraya girdikdə öndə və arxada olanlar batacaq, ortadakılar da xilas olmayacaq. (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davuddan; Geleceğin Tarihi 4, səh. 30)
Əfqanıstanın işğalı (1979)
Heyf Taliqana (Əfqanıstana). Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri var.
(Kitab-u Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 59)
Ramazan ayında 15 gün fasilə ilə Ay və Günəş tutulması (1981-1982)
Mehdinin 2 əlaməti vardır ki, bunun birincisi Ramazanın birinci gecəsi Ayın, ikincisi də ortasında Günəşin tutulmasıdır. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaqdır. (Kıyamet Alametleri, səh. 199)
Onun səltənətinin zamanında Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın əvvəlində isə Ay qaralacaq... (Mektubat-ı Rabbani, 380-ci Məktub, 2/1163)
QUYRUQLU ULDUZUN DOĞMASI
HALLEY QUYRUQLU ULDUZU (1986)
O gəlməzdən əvvəl şərqdən işıq verən bir quyruqlu ulduz görünəcək. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
Fitnələrin artması
“Fitnələr olacaq. O fitnələrdə oturan ayaq üstə olandan, ayaq üstə olan yeriyəndən, yeriyən də qaçandan daha xeyirli olacaq. Ona yaxınlaşan özünü xilas edə bilməyəcək. Kim o fitnələrdə daldanacaq, sığınacaq tapsa, özünü xilas etsin.” (Buhari, Fiten: 9; Müslim, Fiten: 10; Tirmizi, Fiten: 29)
“Zaman bir-birinə yaxınlaşacaq. Əməl azalacaq. Xəsislik artacaq. Fitnələr zühur edəcək. HƏRC çoxalacaq.” Deyirlər: “HƏRC nədir?” Rəsulullah cavab verir: “Öldürmək, öldürmək.” (Buhari, Fiten: 5)
Buynuza bənzəyən iki quyruqlu ulduzun çıxması LULİN KOMETASI (2009)
Rəsulullah (sav) belə buyurmuşdur: “Vəd edilən Mehdinin zühur müqəddimələri olan Abbasi məliyi Xorasana girdikdə ŞƏRQ TƏRƏFDƏ İKİ DİŞLİ, MÜNƏVVƏR BUYNUZ ÇIXACAQ.” (İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381-ci Məktub, səh. 1184)
İqtisadi vəziyyətin pisləşməsi
Hər kəsin qazancdan şikayətlənməsi... Pullarına görə varlılara hörmət edilməsi... (Kıyamet Alametleri, səh. 146)
İqtisadi bazarın zəifləməsi, qazancların azalması... (Kıyamet Alametleri, səh. 148)
Alverin kasad olması. Hər kəs “sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!” deyə şikayət edəcək. (Kıyamet Alametleri, səh. 152), (Ebu Davuddan; Geleceğin Tarihi 4, səh. 30)
Azərbaycanın işğal edilməsi (1990)
... Əbu Basir dedi: İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalam belə buyurdu: Atam mənə belə buyurdu: AZƏRBAYCANDAN MÜTLƏQ BİR ATƏŞ ÇIXACAQ VƏ HEÇ NƏ ONUN QARŞISINDA DAYANA BİLMƏYƏCƏK. BELƏ BİR ŞEY OLDUQDA EVİNİZDƏ OTURUN. Biz nə etsək, siz də onu edin. (Yəni biz evdə otursaq, siz də oturun.) Bizim qiyam edənimiz (Hz. Mehdi (ə.s.)) hərəkət etdikdə sürətlə və heç dayanmadan ona doğru qaçın... (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 311)
Tozlu-dumanlı fitnə (11 sentyabr 2001)
Tozlu-dumanlı, qaranlıq fitnə olacaq, bunu digərləri təqib edəcək... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 26)
Quraqlığın olması
“Dəccalın çıxmasından əvvəl göy üzü üç il yağışını saxlayacaq. Birinci ildə normal yağışın üçdə birini saxlayıb üçdə ikisini yağdıracaq. Yer üzü bitkisinin üçdə birini cücərdə bilməyəcək. İkinci ildə göy üzü normal yağışın üçdə ikisini yağdırmayacaq. Yer üzü də bitkisinin üçdə ikisini cücərtməyəcək. Üçüncü ildə isə göy üzü yağışının hamısını kəsəcək, yer üzü də bitkisinin heç birini cücərtməyəcək.” (Ebu Davud, İbni Mace, Taberani; Geleceğin Tarihi 3, səh. 241)
Zəlzələlərin çoxalması
“ZƏLZƏLƏLƏR ÇOXALMADIQCA, fitnələr baş vermədikcə, cinayətlər artmadıqca qiyamət qopmaz.” (Kıyamet Alametleri, səh. 109)
“Ümmətimdə ZƏLZƏLƏLƏR olacaq. Belə ki, BU ZƏLZƏLƏLƏRDƏ ON MİN, İYİRMİ MİN, OTUZ MİN ADAM ÖLƏCƏK. Allah bu ölümü müttəqilərə öyüd, möminlərə rəhmət, kafirlərə əzab kimi göndərəcək.” (İbni Asakır, Geleceğin Tarihi 1, Orhan Baytan, Mevsim Yayıncılık, səh. 81)
Vatikanda zəlzələ (2009)
“... Hz. Mehdi (ə.s.) və tələbələri ... (Romanı) təsbih və təkbirlə fəth edəcəklər... O şəhərin (VATİKANIN) səddləri bir-bir yıxılacaq...” (Muhammed B. Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh. 204)












